Home > HR news > QAX RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ELVİN PAŞAYEV İLƏ İLK İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB

QAX RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ELVİN PAŞAYEV İLƏ İLK İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ilə ilk işgüzar görüş keçirilib.

Görüşdə Azərbaycan HR Cəmiyyətinin üzvləri, dövlət və özəl sektorun insan resursları rəhbərləri, ali və peşə təhsili müəssisələrinin rəhbərləri, sahibkarlar, eləcə də insan kapitalının inkişafı istiqamətində fəaliyyət göstərən nümayəndələr iştirak ediblər.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında işgüzar görüşün təşkilinə görə Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynova təşəkkürünü bildirib, iştirakçıları Qax rayonunda salamlamaqdan məmnunluğunu ifadə edib. O qeyd edib ki, peşəkar fəaliyyətinin mühüm hissəsi insan resurslarının idarə edilməsi sahəsi ilə bağlı olub və bu istiqamətdə qazandığı təcrübə hazırkı fəaliyyətində də mühüm əhəmiyyət daşıyır.

Görüş çərçivəsində regionlarda insan kapitalının inkişafı, əmək bazarının mövcud və perspektiv tələbləri, peşəkar kadr hazırlığının gücləndirilməsi, dövlət–təhsil–özəl sektor əməkdaşlığının genişləndirilməsi, regionlarda istedadların aşkar edilməsi, inkişaf etdirilməsi və saxlanılması, müasir HR yanaşmalarının tətbiqi, eləcə də gələcək birgə layihə və təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

İştirakçılar regionlarda məşğulluğun artırılması, insan kapitalının inkişafı və əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşün sonunda Azərbaycan HR Cəmiyyəti adından Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevə insan kapitalının inkişafına verdiyi dəyərli töhfələrə görə xatirə plaketi təqdim olunub.

Qeyd edək ki, bu işgüzar görüş regionlarda dövlət, təhsil və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, insan kapitalının inkişafı istiqamətində davamlı dialoqun təşviqi və yeni birgə təşəbbüslərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

You may also like
HR SUMMER FEST 2026: İNSAN RESURSLARI PEŞƏKARLARI YAYIN ƏN RƏNGARƏNG HR GÖRÜŞÜNDƏ BİR ARAYA GƏLDİ
HR SUMMER FEST 2026 TEZLİKLƏ!
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ İLƏ İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB
HİKMƏT HACIYEV “LİNKEDIN” NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Leave a Reply