Home > HR news > EMİL HÜSEYNOV EAPM-İN BEYNƏLXALQ HR İŞÇİ QRUPUNA ÜZV SEÇİLİB: AZƏRBAYCAN HR İCMASI ÜÇÜN YENİ İMKANLAR

EMİL HÜSEYNOV EAPM-İN BEYNƏLXALQ HR İŞÇİ QRUPUNA ÜZV SEÇİLİB: AZƏRBAYCAN HR İCMASI ÜÇÜN YENİ İMKANLAR

Azərbaycan HR İnstitutu Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa İnsan Resursları Assosiasiyalarının (EAPM) İllik Ümumi Yığıncağında təmsil olunub. Yığıncaq çərçivəsində İnstitutun təsisçisi və direktoru Emil Hüseynov EAPM-in Beynəlxalq HR İşçi Qrupuna üzv seçilib.

Bu təyinat Azərbaycan HR icmasının beynəlxalq peşəkar dialoqda iştirakının genişləndirilməsi, yerli təcrübənin qlobal müzakirələrə daxil edilməsi və qabaqcıl HR yanaşmalarının ölkəmizdə tətbiqi üçün yeni imkanlar yaradır.

EAPM Avropanın 35 milli HR assosiasiyasını və 250.000-dən çox insan resursları mütəxəssisini birləşdirən peşəkar platformadır. Təşkilat HR sahəsində qabaqcıl təcrübələrin təşviqinə, peşəkar standartların inkişafına və əməkdaşlığın genişləndirilməsinə töhfə verir.

 

EAPM Dünya İnsan Resursları Assosiasiyaları Federasiyasının (WFPMA) təsisçi üzvlərindən biridir. WFPMA dünya üzrə 95-dən çox milli assosiasiyanı və təxminən 700.000 HR mütəxəssisini əhatə edən beynəlxalq şəbəkədir.

EAPM-in Beynəlxalq HR İşçi Qrupunda iştirak Emil Hüseynova beynəlxalq peşəkar müzakirələrə töhfə vermək, müxtəlif ölkələrin təcrübələrini öyrənmək və insan resurslarının idarə edilməsi sahəsində yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək imkanı yaradacaq.

Azərbaycan HR İnstitutu insan resurslarının idarə edilməsi, liderlik və idarəetmə, peşəkar inkişaf və təşkilati transformasiya istiqamətlərində fəaliyyət göstərərək ölkədə insan kapitalının inkişafına töhfə verir. İnstitutun əsas məqsədi HR mütəxəssislərinin və rəhbərlərin peşəkar potensialını gücləndirmək, beynəlxalq təcrübənin yerli bazara inteqrasiyasını təşviq etmək və Azərbaycanın HR ekosisteminin davamlı inkişafını dəstəkləməkdir.

Azərbaycan HR İnstitutu Emil Hüseynovu bu təyinat münasibətilə təbrik edir, ona yeni fəaliyyətində uğurlar arzulayır.

You may also like
EMIL HUSEYNOV JOINS EAPM’S INTERNATIONAL HR WORKING GROUP, EXPANDING OPPORTUNITIES FOR AZERBAIJAN’S HR COMMUNITY
JOIN LINKEDIN EXCLUSIVE WEBINAR: LEARN HOW TO BECOME AN EMPLOYER OF CHOICE
LMS-DƏN ÖYRƏNMƏ EKOSİSTEMİNƏ: CHRO BREAKFAST-DA DAVAMLI ÖYRƏNMƏNİN GƏLƏCƏYİ MÜZAKİRƏ OLUNUB
GƏNCLƏR ÜÇÜN HR SAHƏSİNDƏ KARYERA İMKANLARI MÜZAKİRƏ OLUNDU

Leave a Reply