Home > HR news > CHRO BREAKFAST TƏDBİRİ HR LİDERLƏRİNİ VƏ TOP MENECERLƏRİ BİR ARAYA GƏTİRDİ

CHRO BREAKFAST TƏDBİRİ HR LİDERLƏRİNİ VƏ TOP MENECERLƏRİ BİR ARAYA GƏTİRDİ

Bakıda Azərbaycan HR İnstitutu və Azərbaycan HR Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “CHRO Breakfast” tədbiri ölkənin aparıcı şirkətlərinin HR rəhbərlərini və top menecerlərini vahid platformada bir araya gətirdi.

Tədbirin əsas məqsədi HR sahəsində aktual tendensiyaların müzakirəsi, peşəkar təcrübə mübadiləsinin təşviqi və yeni əməkdaşlıq imkanlarının yaradılması olub. Səmimi və interaktiv formatda keçirilən görüş iştirakçılar arasında faydalı müzakirələr və yeni biznes əlaqələrinin formalaşmasına şərait yaradıb.

Tədbirdə Neosis Consulting şirkətinin təsisçisi və direktoru Gülnur Göksel “Psixometrik qiymətləndirmə və süni intellekt əsaslı HR həlləri” mövzusunda təqdimatla çıxış edərək müasir HR idarəçiliyində innovativ yanaşmalar və texnologiyaların tətbiqi ilə bağlı dəyərli fikirlərini bölüşüb.

Bundan əlavə, Cengiz Tınmaz interaktiv təqdimatı və yüksək enerjisi ilə iştirakçıların aktiv müzakirələrə cəlb olunmasına, tədbirin daha dinamik və məhsuldar keçməsinə töhfə verib.

Təşkilatçılar bildiriblər ki, CHRO Breakfast kimi platformalar HR liderləri arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə yanaşı, strateji əməkdaşlıqların inkişafına da mühüm töhfə verir.

Azərbaycan HR İnstitutu ölkədə və regionda HR peşəsinin inkişafı, beynəlxalq təcrübənin paylaşılması və peşəkar əməkdaşlıq platformalarının yaradılması istiqamətində fəaliyyətini davam etdirir.

Bu istiqamətdə növbəti təşəbbüs olaraq 4–5 iyul tarixlərində HR mütəxəssislərinin Qax–Zaqatala bölgəsinə ilk işgüzar səfəri təşkil olunacaq.

📣Qax-Zaqatala işgüzar səfərinə qoşulmaq üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:

🔗https://forms.gle/nuY2drCX7R8QHx736

📣 Ətraflı məlumat üçün:
📞 +994 51 588 31 99
📩 info@hrinstitute.az
🌐 www.hrinstitute.az

You may also like
EMIL HUSEYNOV JOINS EAPM’S INTERNATIONAL HR WORKING GROUP, EXPANDING OPPORTUNITIES FOR AZERBAIJAN’S HR COMMUNITY
EMİL HÜSEYNOV EAPM-İN BEYNƏLXALQ HR İŞÇİ QRUPUNA ÜZV SEÇİLİB: AZƏRBAYCAN HR İCMASI ÜÇÜN YENİ İMKANLAR
LMS-DƏN ÖYRƏNMƏ EKOSİSTEMİNƏ: CHRO BREAKFAST-DA DAVAMLI ÖYRƏNMƏNİN GƏLƏCƏYİ MÜZAKİRƏ OLUNUB
QAXDA GƏNCLƏRİN MƏŞĞULLUĞU MÜZAKİRƏ EDİLDİ: 130-DAN ÇOX VAKANSİYA VƏ YENİ KARYERA İMKANLARI

Leave a Reply