“LinkedIn” ilə Azərbaycan hökümətinin əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də bildirib.

Şuşa Qlobal Media Forumu çərçivəsində “LinkedIn”in Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası regionları üzrə Dövlət rəhbəri Seamus Clancy, LinkedIn Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə rəsmi nümayəndəsi Emil Hüseynov ilə görüş keçirilib.
“Görüş zamanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, rəqəmsal idarəetmə məsələləri, uşaqların onlayn mühitdə daha yaxşı qorunmasına yönəlmiş Azərbaycanın yeni qanunvericiliyinin tətbiqi müzakirə olunub, həmçinin bu sahədə beynəlxalq qabaqcıl təcrübələr ətrafında fikir mübadiləsi aparılıb”, – Prezidentin köməkçisi qeyd edib.
#AzərbaycanHRİnstitutu #HikmətHacıyev #PrezidentAdministrasiyası





