Azerbaijan HR Institute LinkedIn-in Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə Preferred Partner statusunu əldə edib.
Azərbaycanın insan resursları və idarəetmə sahəsində fəaliyyət göstərən Azerbaijan HR Institute (AHRİ) LinkedIn ilə əməkdaşlığını yeni mərhələyə daşıyaraq Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrini əhatə edən regional tərəfdaşlıq çərçivəsinə daxil olub.
Yeni əməkdaşlıq çərçivəsində AHRİ-nin şirkətlərə və HR peşəkarlarına LinkedIn-in Talent Solutions istiqamətində daha geniş həllər təqdim etməsi nəzərdə tutulur.
Yerli HR bazarından regional əməkdaşlığa
Azərbaycan HR İnstitutunun LinkedIn ilə tərəfdaşlığı Azərbaycandakı şirkətləri ilə yanaşı, daha geniş regional bazarı əhatə edən istiqamətə çevrilir. Belə ki, tərəfdaşlıq Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən dövlət və özəl sektor təşkilatlarına LinkedIn Talent Solutions məhsullarından daha geniş şəkildə yararlanmaq imkanı yaratmağı hədəfləyir.
Bu həllər arasında talent acquisition, employer branding, workforce development, learning, employee engagement və digital transformation kimi istiqamətlər yer alır.
Əmək bazarının getdikcə daha çox rəqəmsal kanallara keçdiyi bir vaxtda LinkedIn kimi qlobal peşəkar şəbəkənin həllərinin regional şirkətlər üçün əlçatanlığının genişlənməsi HR funksiyasının ənənəvi işə qəbul çərçivəsindən kənara çıxan transformasiyasını da göstərir.
“Yeni mərhələnin başlanğıcı”
LinkedIn ilə əməkdaşlığının regional miqyas almasını Azərbaycan HR İnstitutunun rəhbərliyi yeni inkişaf mərhələsi kimi qiymətləndirir.
“Azərbaycan HR İnstitutu üçün bu, inkişaf yolumuzda mühüm mərhələdir. Bu əməkdaşlıq bizə xidmətlərimizi genişləndirməyə, strateji tərəfdaşlıqlarımızı gücləndirməyə, regional mövcudluğumuzu artırmağa və təşkilatların transformasiya olunmasına və inkişafına dəstək olmaq missiyamıza daha da yaxınlaşmağa imkan verir”
— Emil Hüseynov, Azerbaijan HR Institute
LinkedIn nümayəndələrinin Bakıdakı görüşləri zamanı da yeni tərəfdaşlıq imkanları, regional inkişaf və şirkətlər və HR peşəkarları üçün yaradılacaq əlavə dəyər ətrafında müzakirələrin aparıldığı qeyd olunub.
Görüşdə LinkedIn-in Əməkdaşlıqlar üzrə rəhbəri Omer Keser və Cənubi və Şərqi Avropa üzrə Satış rəhbəri Burak Kuralkan iştirak edib. AHRİ tərəfindən görüşün regional əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
HR texnologiyalarında regional fokus
LinkedIn Talent Solutions şirkətlərə işə qəbul, işəgötürən brendinin inkişafı, əmək bazarının təhlili və işçi qüvvəsinin planlaşdırılması kimi istiqamətlərdə rəqəmsal alətlər təqdim edir. Bu həllər şirkətlərin istedadların cəlb edilməsi və inkişafı ilə bağlı proseslərini dəstəkləyir.
Azərbaycan HR İnstitutunun yeni regional tərəfdaşlığı da bu imkanların Azərbaycan və ətraf bazarlarda daha sistemli şəkildə təqdim edilməsinə yönəlir.


“Azərbaycan HR İnstitutu üçün bu, inkişaf yolumuzda mühüm mərhələdir. Bu əməkdaşlıq bizə xidmətlərimizi genişləndirməyə, strateji tərəfdaşlıqlarımızı gücləndirməyə, regional mövcudluğumuzu artırmağa və təşkilatların transformasiya olunmasına və inkişafına dəstək olmaq missiyamıza daha da yaxınlaşmağa imkan verir”






