Home > Events > Avropa İnsan Resursları Assosiasiyasının prezidenti Berna Öztinaz Bakıya gəlir

Avropa İnsan Resursları Assosiasiyasının prezidenti Berna Öztinaz Bakıya gəlir

Azərbaycan HR İnstitutu və CEO Club Azərbaycanın birgə təşkilatçılığı, dünyanın ən peşəkar biznes platforması olan LinkedIn əsas tərəfdaşlığı ilə 25 fevral tarixində ilk dəfə Bakıda keçiriləcək “Global CEO Summit 2026” tədbirində Avropa İnsan Resursları Assosiasiyasının prezidenti, dünyanı ən peşəkar biznes platforması olan LinkedIn-in regional rəhbər heyəti, yerli və beynəlxalq şirkətlərin insan resursları üzrə baş direktorları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri ilk dəfə vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs edəcəklər.

Avropa insan resursları ekosistemində ən nüfuzlu liderlərdən biri, 34 ölkəni təmsil edən Avropa İnsan Resursları Assosiasiyasının (EAPM) təşkilatının ilk qadın Prezidenti seçilən Berna Öztinaz, eyni zamanda Dünya İnsan Resursları Federasiyasının idarə heyətində (WFPMA)  Avropanı təmsil edən qlobal HR liderlərindən biridir. Uzun illər beynəlxalq korporasiyalarda CHRO kimi fəaliyyət göstərərək təşkilati transformasiya və liderlik strategiyalarına rəhbərlik etmişdir. Tədbirdə gələcəyin iş dünyası, liderlik və HR transformasiyası mövzusunda beynəlxalq təcrübəsini bölüşəcək.

Sammit iştirakçıları qlobal insan resursları trendləri, rəqəmsal insan resursları və süni intellekt, strateji insan resursları, öyrənmə və inkişafın perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni bilik və təcrübələrə sahib olacaqlar. Bu möhtəşəm tədbirdə iştirak etmək üçün biletləri aşağıdakı qeyd olunan linkdən əldə edə bilərsiniz:

https://ebiletstore.com/event/global-ceo-summit-2026

Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu və CEO Club Azerbaijan tərəfindən 25 fevral 2025-ci il tarixində Global CEO Summit 2025 tədbiri keçirələrək dünyada ilk dəfə International CEO Day qeyd olunub, bundan başqa International HR Summit 2025, COP29: Human Capital Forum, World HR Summit 2024, Baku International CEO Summit 2022 kimi bir çox qlobal və yerli tədbirlərə ev sahibliyi etmişdir.

You may also like
AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ İLƏ İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB
AZƏRBAYCAN İLK DƏFƏ WHRC TƏDBİRİNƏ EV SAHİBLİYİ ETMƏK ÜÇÜN NAMİZƏDLİYİNİ TƏQDİM EDİB
Azerbaijan HR Institute Participated in AmCham Azerbaijan Annual General Meeting 2026-2028
HR News media kanalı rəsmi fəaliyyətə başladı

Leave a Reply