Home > HR news > HİKMƏT HACIYEV “LİNKEDIN” NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

HİKMƏT HACIYEV “LİNKEDIN” NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

“LinkedIn” ilə Azərbaycan hökümətinin əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də bildirib.

Şuşa Qlobal Media Forumu çərçivəsində “LinkedIn”in Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası regionları üzrə Dövlət rəhbəri Seamus Clancy, LinkedIn Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə rəsmi nümayəndəsi Emil Hüseynov ilə görüş keçirilib.

“Görüş zamanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsi, rəqəmsal idarəetmə məsələləri, uşaqların onlayn mühitdə daha yaxşı qorunmasına yönəlmiş Azərbaycanın yeni qanunvericiliyinin tətbiqi müzakirə olunub, həmçinin bu sahədə beynəlxalq qabaqcıl təcrübələr ətrafında fikir mübadiləsi aparılıb”, – Prezidentin köməkçisi qeyd edib.

#AzərbaycanHRİnstitutu #HikmətHacıyev #PrezidentAdministrasiyası

You may also like
JOIN LINKEDIN EXCLUSIVE WEBINAR: LEARN HOW TO BECOME AN EMPLOYER OF CHOICE
AZƏRBAYCAN HR İNSTİTUTU LINKEDIN İLƏ ƏMƏKDAŞLIĞINI GENİŞLƏNDİRİR: REGİON ÜÇÜN YENİ MƏRHƏLƏ
QAXDA GƏNCLƏRİN MƏŞĞULLUĞU MÜZAKİRƏ EDİLDİ: 130-DAN ÇOX VAKANSİYA VƏ YENİ KARYERA İMKANLARI
HR SUMMER FEST 2026 TEZLİKLƏ!

Leave a Reply