ƏMAS Platformasında HR mütəxəssislərinin gözlədiyi yeni bölmə əlavə edilir!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən idarə olunan ƏMAS Platformasında HR mütəxəssislərinin işini asanlaşdıracaq yeni funksiya istifadəyə verilir.
Platformanın “Statistik məlumatlar” bölməsinə yeni “Məzuniyyət günləri” bölməsi inteqrasiya olunur. Bu yenilik sayəsində işəgötürənlər hər bir əməkdaş üzrə əmək müqaviləsində nəzərdə tutulmuş əsas və əlavə məzuniyyət günləri barədə məlumatı daha rahat şəkildə əldə edə biləcəklər.

Yeni funksiya ƏMAS → Statistik məlumatlar → Məzuniyyət günləri bölməsi vasitəsilə əlçatan olacaq.
Hazırda sınaq mərhələsində olan bu bölmədə əməkdaşlar üzrə axtarış funksiyası da mövcuddur ki, bu da məlumatlara operativ çıxışı daha da sürətləndirir.

Bu yenilik HR proseslərində, xüsusilə məzuniyyət planlaması və işçi uçotu baxımından daha effektiv idarəetməyə töhfə verə bilər.
Bu dəyişiklik HR mütəxəssisləri üçün gündəlik əməliyyatların daha sistemli və çevik idarə olunmasına mühüm dəstək olacaq.
ƏMAS Platformasının funksiyalarını daha effektiv idarə etməyi öyrənmək və HR proseslərinizi optimallaşdırmaq istəyirsinizsə, Azərbaycan HR İnstitutu tərəfindən təqdim olunan HR Sertifikasiya Proqramları sizin üçün faydalı ola bilər.
Ətraflı məlumat və qeydiyyat üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
📞 +994 51 588 31 99
📩 info@hrinstitute.az
🌐 www.hrinstitute.az





