Home > Events > EAPM Dəstəyi ilə Azərbaycanda İlk Dəfə “International HR Day Event” Təşkil Olunacaq

EAPM Dəstəyi ilə Azərbaycanda İlk Dəfə “International HR Day Event” Təşkil Olunacaq

Azərbaycan HR Institute və Azerbaijan HR Community-nin birgə təşkilatçılığı, European Association for People Management (EAPM) dəstəyi ilə Azərbaycanda ilk dəfə “International HR Day Event” tədbiri keçiriləcək.

20 may 2026-cı il tarixində JW Marriott Absheron Baku hotelində baş tutacaq tədbir insan resursları sahəsində fəaliyyət göstərən peşəkarları, rəhbərləri və sektor nümayəndələrini bir araya gətirəcək. “Empower People to Lead Change” şüarı ilə keçiriləcək tədbirdə insan kapitalının inkişafı, dəyişikliklərin idarə olunması və müasir HR yanaşmaları ətrafında müzakirələr aparılacaq.

Tədbir çərçivəsində iştirakçılar beynəlxalq HR gündəminə dair aktual mövzularla tanış olmaq, peşəkar şəbəkələrini genişləndirmək və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, tədbir 14:00–18:00 saatlarında keçiriləcək. Azerbaijan HR Community üzvləri üçün iştirak ödənişsizdir.

Müraciət üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

You may also like
EMIL HUSEYNOV JOINS EAPM’S INTERNATIONAL HR WORKING GROUP, EXPANDING OPPORTUNITIES FOR AZERBAIJAN’S HR COMMUNITY
EMİL HÜSEYNOV EAPM-İN BEYNƏLXALQ HR İŞÇİ QRUPUNA ÜZV SEÇİLİB: AZƏRBAYCAN HR İCMASI ÜÇÜN YENİ İMKANLAR
JOIN LINKEDIN EXCLUSIVE WEBINAR: LEARN HOW TO BECOME AN EMPLOYER OF CHOICE
LMS-DƏN ÖYRƏNMƏ EKOSİSTEMİNƏ: CHRO BREAKFAST-DA DAVAMLI ÖYRƏNMƏNİN GƏLƏCƏYİ MÜZAKİRƏ OLUNUB

Leave a Reply