Azərbaycan HR İnstitutunun təşkilatçılığı, Dünya İnsan Resursları Assosiasiyaları Federasiyasının dəstəyi, dünyanın ən peşəkar biznes platforması LinkedIn əsas tərəfdaşlığı, BEOC və Neosis Consulting gold sponsorluğu, İdenfit şirkətinin gümüş sponsorluğu, PAŞA Life şirkətinin sığorta tərəfdaşlığı ilə “World HR Summit 2026” tədbiri keçirilib.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, “World HR Summit 2026” tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 Milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetini əsas alaraq dünyada insan resursları üzrə tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən qlobal Sammitdir.
Tədbirdə yerli və beynəlxalq təşkilatların insan resursları üzrə baş direktorları, dünyanın aparıcı HR Assosiasiyalarının rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxsləri vahid platformada insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs etmişlər. Tədbir iştirakçıları qlobal insan resursları trendləri, rəqəmsal insan resursları və süni intellekt, İnsan resurslarında liderlik, öyrənmə və inkişafın perspektivləri və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olublar.
Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu tərəfindən “Baku International CEO Summit 2022”, “Global HR Summit 2023”, “World HR Summit 2024” və “COP29 Human Capital Forum” tədbirləri uğurla həyata keçirilib.
Tədbirdən maraqlı fotoları təqdim edirik:



















































