Home > Events > HR SUMMER FEST 2026: İNSAN RESURSLARI PEŞƏKARLARI YAYIN ƏN RƏNGARƏNG HR GÖRÜŞÜNDƏ BİR ARAYA GƏLDİ

HR SUMMER FEST 2026: İNSAN RESURSLARI PEŞƏKARLARI YAYIN ƏN RƏNGARƏNG HR GÖRÜŞÜNDƏ BİR ARAYA GƏLDİ

Azərbaycan HR İnstitutunun təşkilatçılığı və Maldives Association for Human Resources Professionals (MAHRP)-in əsas tərəfdaşlığı ilə 22 avqust tarixində “HR Summer Fest 2026” tədbiri keçirilib.

Ramada by Wyndham Baku hotelində keçirilən tədbir Azərbaycan və müxtəlif ölkələrdən olan insan resursları və biznes sahəsinin peşəkarlarını bir araya gətirib. Tədbirin əsas məqsədi HR icması daxilində peşəkar əlaqələrin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və iştirakçılar üçün həm peşəkar, həm də səmimi networking mühiti yaratmaq olub.

Tədbirin açılış mərasimində Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov, MAHRP-in prezidenti Ahmed Ibrahim və MAHRP-in vitse-prezidenti Afeef Hussain iştirak ediblər.

Açılış çıxışlarında insan resursları sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, müxtəlif ölkələrin HR peşəkarları arasında təcrübə və bilik mübadiləsinin əhəmiyyəti vurğulanıb. MAHRP nümayəndələrinin tədbirdə iştirakı Azərbaycan və Maldivlər arasında HR sahəsində əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirilib.

Tədbirin proqramı Kamran Yaradanguliyevin moderatorluğu ilə davam edib. İlk olaraq iştirakçılar qeydiyyat və networking sessiyasında bir araya gəliblər. Ardınca Somatic-Hatha Yoga Instructor Zeinab Taghavi tərəfindən meditasiya və nəfəs texnikalarına həsr olunmuş xüsusi sessiya keçirilib.

Proqramın növbəti hissəsində iştirakçılar üçün xüsusi dinner buffet təşkil olunub. Daha sonra gecə ərzində müxtəlif əyləncəli və interaktiv fəaliyyətlər keçirilib. HR Talent Show, HR Master Chef, Harley-Davidson Bike Show, Lotodrom və HR Appreciation Wall tədbirin əsas əyləncə proqramları sırasında yer alıb. İştirakçılar üçün xüsusi hədiyyələr də təqdim olunub.

“HR Summer Fest 2026” çərçivəsində peşəkar məzmun da xüsusi yer tutub. Türkiyədən tədbirdə iştirak edən Gülnur Göksel, Founder & CEO of Neosis Consulting, “HR Coaching – From What’s Wrong? to What’s Possible?” mövzusunda HR TED Talk təqdim edib. Sessiya zamanı HR coaching-in insan potensialının inkişafında rolu və problemlərə yeni perspektivdən yanaşma imkanları müzakirə olunub.

Tədbirin musiqi proqramı ROOF | Rufat Ahmadzadanın çıxışı ilə davam edib. Daha sonra iştirakçılar üçün Maldives All-Inclusive Gift Announcement keçirilib. Gecənin sonunda isə DJ Nikonun canlı performansı ilə tədbir yekunlaşıb.

“HR Summer Fest 2026” Azərbaycan HR İnstitutunun beynəlxalq HR icmasının inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərdən biri olub. Tədbir müxtəlif ölkələrdən olan HR peşəkarlarının bir araya gəlməsi, yeni əlaqələrin qurulması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi üçün əlverişli platforma yaradıb.

Tədbirdə MAHRP ilə yanaşı, Türkiyədən Neosis Consulting və digər tərəfdaşların iştirakı beynəlxalq əməkdaşlığın və HR sahəsində qlobal əlaqələrin inkişafına verilən önəmi bir daha nümayiş etdirib.

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə keçirilən “HR Summer Fest 2026” həm peşəkar inkişafı, həm də HR icması daxilində əlaqələrin gücləndirilməsini bir araya gətirən tədbir olaraq yadda qalıb.

“HR Summer Fest 2026” tədbirindən seçilmiş görüntüləri təqdim edirik:

 

You may also like
HR SUMMER FEST 2026 TEZLİKLƏ!
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏ LINKEDIN PLATFORMASI İLƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ OLUNUB
QAX RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ELVİN PAŞAYEV İLƏ İLK İŞGÜZAR GÖRÜŞ KEÇİRİLİB
CHRO BREAKFAST TƏDBİRİ HR LİDERLƏRİNİ VƏ TOP MENECERLƏRİ BİR ARAYA GƏTİRDİ

Leave a Reply