Home > HR news > AZƏRBAYCAN İLK DƏFƏ WHRC TƏDBİRİNƏ EV SAHİBLİYİ ETMƏK ÜÇÜN NAMİZƏDLİYİNİ TƏQDİM EDİB

AZƏRBAYCAN İLK DƏFƏ WHRC TƏDBİRİNƏ EV SAHİBLİYİ ETMƏK ÜÇÜN NAMİZƏDLİYİNİ TƏQDİM EDİB

Azərbaycanın dünyanın 190 ölkəsini və 660 mindən çox insan resursları peşəkarını təmsil edən World Federation of People Management Associations (WFPMA) tərəfindən təşkil olunan World HR Congress 2028 tədbirinə ev sahibliyi etmək üçün namizədliyi rəsmi olaraq təqdim olunub.

Bu təşəbbüs Azərbaycanın insan resursları sahəsində beynəlxalq nüfuzunun artdığını, qlobal HR icmasındakı rolunun gücləndiyini və ölkəyə beynəlxalq tədbirlərin təşkili istiqamətində göstərilən etimadın yüksəldiyini nümayiş etdirir.

Namizədlik Azərbaycan HR İnstitutu tərəfindən təqdim olunub. Təşkilatın təsisçisi və direktoru Emil Hüseynov bildirib ki, məqsəd Azərbaycanı dünya HR xəritəsində daha güclü şəkildə təmsil etmək və ölkəni beynəlxalq insan resursları əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevirməkdir.

Qeyd edək ki, World HR Congress insan resursları sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri hesab olunur və müxtəlif ölkələrdən minlərlə HR liderini, ekspertini və peşəkarını bir araya gətirir.

You may also like
HR SUMMER FEST 2026: İNSAN RESURSLARI PEŞƏKARLARI YAYIN ƏN RƏNGARƏNG HR GÖRÜŞÜNDƏ BİR ARAYA GƏLDİ
HR SUMMER FEST 2026 TEZLİKLƏ!
AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏ LINKEDIN PLATFORMASI İLƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ OLUNUB
Big news for the global HR community!

Leave a Reply